• Bakı 16° C

    3.51 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

20 Yanvar faciəsi: İldönümlə bağlı hazırlıq işləri yekunlaşır

CƏMİYYƏT

18 Yanvar 2022 | 15:40

20 Yanvar faciəsi: İldönümlə bağlı hazırlıq işləri yekunlaşır

Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri aparılır.

Bu barədə Bakıvaxtı.az-a Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib.

Məlumata görə, 20 Yanvar faciəsinin ildönümü ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin qurumları tərəfindən Şəhidlər xiyabanında cari təmir, geniş təmizlik və abadlıq işləri görülür, ağacların budaqları, bəzi kollar budanıb, qazon örtüyü yenilənib, yeni güllər və kollar əkilib, işıq dirəkləri rənglənib, səkilər və bütün ərazi yuyulub, Xiyabandakı hər iki məşəldə profilaktika aparılıb.

Xiyaban ərazisində faciənin ildönümü ilə əlaqədar müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerləri cəlb olunub.

Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.

Bakıvaxtı.az-ın fotomüxbiri Rəvan Baxışlının hazırlqla bağlı çəkdiyi fotoları təqdin edirik:


SON XƏBƏRLƏR

18 Aprel 2024