• Bakı 15° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Abşeronda avtomobil 11 yaşlı yeniyetməni vurdu

HADİSƏ

28 Noyabr 2021 | 09:20

Abşeronda avtomobil 11 yaşlı yeniyetməni vurdu

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb. Avtomobil yolu keçən 2010-cu il təvəllüdlü Əbülfəzov Sahib Afdandil oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi, sağ bazu sümüyünün yerdəyişən sınığı diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.


SON XƏBƏRLƏR

19 Aprel 2024