• Bakı 14° C

    6.05 m/s

  • USD - 1.7

    EUR - 1.8043

    RUB - 0.0181

Ağadadaş Ağayev ağır əməliyyata girəcək - FOTO

CƏMİYYƏT

11 May 2021 | 16:06

Ağadadaş Ağayev ağır əməliyyata girəcək - FOTO

Xalq artisti Ağadadaş Ağayev yenidən əməliyyat olunacaq.

Xalq artistinin əməliyyatı barədə aparıcı Hacı Nuran Hüseynov paylaşım edib.

O bildirib ki, xərçəngdən əziyyət çəkən müğənni sabah ağır əməliyyat keçirəcək:

“İndidən Tanrıya dua edirəm. Həyat yoldaşı, mən, bütün həkim personalı, doğmaları onun üçün dua edir. Çünki olduqca ağır əməliyyatdır. Əminik ki, Ağadadaş bu sınaqdan da üzüağ çıxacaq, bütün sınaqlardan çıxdığı kimi.

Zatən Ağadadaş müəllimin bütün həyatı bir sınaq meydanı olub. O da mərdcəsinə qalib gəlib hər zaman. Mən bunun şahidiyəm. Ağadadaş Ağayev bu həyatda qazandığı bütün uğurlara dişiylə-dırnağıyla sahiblənib. Bu gün səhhəti sınayır onu. Əsrin bəlası olan xərçəng xəstəliyinə Ağadadaş qalib gələcək. Sabahkı əməliyyatdan sağ-salamat çıxasan. Dua edin, dostlar!”.


SON XƏBƏRLƏR