• Bakı 13° C

    5.67 m/s

  • USD - 1.7

    EUR - 1.8043

    RUB - 0.0181

Alimlər qeyri-adi formaya sahib yeni ekzoplanet aşkar ediblər

DÜNYA

18 Yanvar 2022 | 06:18

Alimlər qeyri-adi formaya sahib yeni ekzoplanet aşkar ediblər

İnsanlara məlum olan planetlərin çoxu kürə formasındadır.

Bakıvaxtı.az xəbər verir ki, lakin ESA-nın (Avropa Kosmik Agentliyi) CHEOPS adlı teleskopu Herakl bürcündə qeyri-adi formaya sahib WASP-103b adlı ekzoplanet aşkar edib. Sözügedən ekzoplanetin əsas fərqləndirici tərəfi təhrif edilmiş formaya sahib olmasındadır.

Təhrif edilmiş forma isə ekzoplanetin aid olduğu ulduz tərəfindən həyata keçən böyük qabarma qüvvələri ilə bağlıdır (technote.az). Ayın qravitasiya gücü Yer kürəsinə təsir göstərir və nəticədə planetimizdəki dünya okeanının qabarma və çəkilməsi baş verir.

WASP-103b adlı ekzoplanet isə öz ölçüsünə görə Yupiterdən 2 dəfə böyükdür. Bundan əlavə olaraq onun kütləsi Yupiterdən 1.5 dəfə daha yüksəkdir.


SON XƏBƏRLƏR