• Bakı 17° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Almaniya yeni ştamla bağlı karantin qaydalarını sərtləşdirdi

DÜNYA

28 Noyabr 2021 | 14:27

Almaniya yeni ştamla bağlı karantin qaydalarını sərtləşdirdi

Almaniya yeni koronavirus ştamının yayılması ilə əlaqədar Afrikanın səkkiz dövlətini sərt məhdudlaşdırıcı tədbirlərin tətbiq ediləcəyi ərazilər siyahısına daxil edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.

Belə ki, Cənubi Afrika, Botsvana, Esvatini, Lesoto, Malavi, Mozambik, Namibiya və Zimbabvedən gələn hər kəs iki həftəlik karantinə göndəriləcək. Koronavirus testi mənfi çıxsa belə, karantin müddətini qısaltmaq mümkün olmayacaq.

Aviaşirkətlərə yalnız Almaniya vətəndaşlarını təyyarəyə girişə icazə verilir.

Qeyd edək ki, Almaniyada indiyədək iki "omikron" ştamı aşkar edilib.


SON XƏBƏRLƏR

25 Aprel 2024