• Bakı 22° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Almatıda saxlanılanların yeni sayı açıqlandı

DÜNYA

18 Yanvar 2022 | 10:20

Almatıda saxlanılanların yeni sayı açıqlandı

Qazaxıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları Almatı şəhərində kütləvi iğtişaşlar zamanı terror və qarət xarakterli hücumlarda və digər cinayətkarlıqda iştirak edən 2748 nəfəri saxlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı şəhər komendantlığının məlumat mərkəzi yayıb.

Bundan əlavə, 131 silah və 4179 sursat aşkar edilərək götürülüb.

Xatırladaq ki, yanvarın 2-dən Qazaxıstanın bir neçə şəhərində etiraz aksiyaları keçirilib. Bu aksiyalar bir neçə gündən sonra kütləvi iğtişaşlara çevrilib. İğtişaşlar zamanı polis, hərbçi və hakimiyyət orqanlarına hücumlar edilib. Hadisələr nəticəsində minlərlə insan xəsarət alıb, həlak olanların dəqiq sayı hələ ki, bilinmir. Ölkə rəhbərliyinin məlumatına görə, asayiş bərpa olunub.


SON XƏBƏRLƏR