• Bakı 16° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

“Azadlıq hərəkatı iştirakçılarından Elçibəyin oğlunun toyuna gedənlər çox olacaq” - SORĞU

CƏMİYYƏT

23 Iyul 2021 | 11:18

“Azadlıq hərəkatı iştirakçılarından Elçibəyin oğlunun toyuna gedənlər çox olacaq” - SORĞU

Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, mərhum eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev evlilik yoluna qədəm qoyur.

Ərturqutun nişanlısı Aytək xanım Ə.Elçibəyin köməkçilərindən olmuş qohumu Mirhadi Yusiflinin qızıdır. Onların “qız toyu” Naxçıvanda – Kələki kəndində baş tutur. Ərturqut bəyin toyu iyulun 30-da Bakıda keçiriləcək.

Bakıvaxtı.az olaraq Əbülfəz Elçibəyin azadlıq hərəkatı zamanı silahdaşları olmuş şəxslər arasında toyda iştirak edib-etməyəcəkləri ilə bağlı sorğu keçirdik.

“Azərbaycan Xalq Cəbhəsi Partiyası”nın (AXCP) sədr müavini Seymur Həzi: “Mən Tofiq Yaqublunun anası dünyasını dəyişdiyi üçün iyulun 12-dən Gürcüstandayam deyə, toya kimlər dəvət alıb bilmirəm. Ərturqut bəyi yaxından tanıyıram, xoşbəxt olsun. Sizin də vasitənizlə Ərturqut bəyi təbrik edirəm”.

 “Müsavat” Partiyasının sədri Arif Hacılı: “Toy Bakıda olacaqsa, iştirak edəcəm. Partiya üzvlərindən toya kimlərin dəvət olunması ilə bağlı məlumatım yoxdur, məndən başqa kimlər gedəcək bilmirəm”.

“Milli Strateji Düşüncə Mərkəzi”nin sədri (MSDM) İsa Qəmbər:“Ərturqut bəy də daxil olmaqla, bütün ailə quran gənclərə xoşbəxtlik arzulayıram. Bu mövzu ilə bağlı danışmaq istəmirəm”.

MSDM-in üzvü, Bakı Dövlət Universitetinin professoru Almaz Əliqızı:“Mən toya gedəcəkdim, amma yeni əməliyyatdan çıxmışam. Mənə hələ ki, maşına minmək, yol getmək olmaz. Amma təbii ki, zəng edib təbrik edəcəm. Azadlıq hərəkatı iştirakçılarından toya gedənlər çox olacaq”.

“Azərbaycan Xalq Partiyası”nın (AXP) sədri Pənah Hüseyn:“Toya dəvətlə getmək olur və hələ ki, mən dəvət edilməmişəm. İstənilən halda, toyda iştirak edib-etməmək mühim deyil. Allah xoşbəxt eləsin. Biz hamımız böyük liderimizin oğlunun toyunun olması ilə bağlı sevinirik”.

“Vətəndaş Həmrəyliyi Partiyası”nın sədri Sabir Rüstəmxanlı:“Hələ mənə dəvətnamə gəlməyib. Toya dəvət olunsam, iştirak edəcəm”.

Nuranə Daxilqızı


SON XƏBƏRLƏR

26 Aprel 2024