• Bakı 16° C

    7.69 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

“Azərbaycan 10 noyabr bəyanatının öhdəliklərinə tam əməl edir” - XİN rəhbəri

SİYASƏT

11 May 2021 | 13:19

“Azərbaycan 10 noyabr bəyanatının öhdəliklərinə tam əməl edir” - XİN rəhbəri

Azərbaycan noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın öhdəliklərinə tam əməl edir.

Bakıvaxtı.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla keçirilən birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, bugünkü əsas müzakirələrdən biri üçtərəfli müqavilənin həyata keçirilməsi ilə bağlı olub. Onun sözlərinə görə, Azərbaycan tərəfi hesab edir ki, bu müqavilə regionun inkişafına kifayət qədər şərait yaradır, yeni reallıqların ortaya çıxmasına xidmət edir:

“Buna misal olaraq Azərbaycan tərəfinin Qarabağa humanitar yardımların aparılmasına şərait yaratmasını qeyd etmək olar. Üçtərəfli müqaviləyə əsasən, müharibədə ölən erməni hərbçilərin meyitlərinin axtarışlarına qış şəraitində Azərbaycan tərəfindən olan əsgərlər də iştirak edib. Ölənlərin tapılmasında Azərbaycan tərəfi də köməyini əsirgəməyib. Müqavilə bağlanandan dərhal sonra Azərbaycan öz öhdəliklərini yerinə yetirib, Azərbaycan ərazisindən keçən təhlükəsiz marşrut təmin edilib.

C.Bayramov qeyd edib ki, biz Rusiyanın üçtərəfli müqavilənin həyata keçirilməsindəki rolunu yüksək qiymətləndiririk.

"Əsas müzakirələrimiz kommunikasiyanın yaradılması ilə bağlıdır. Üçtərəfli müqavilə əsasında Monitorinq Mərkəzinin yaradılmasını da yüksək qiymətləndiririk. Azərbaycan tərəfi ərazilərin minadan təmizlənməsində Rusiya tərəfinin təşəbbüslərini də yüksək qiymətləndirir”.(azvision.az)


SON XƏBƏRLƏR