• Bakı 17° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Azərbaycan - Ermənistan sərhədi ilə bağlı ikitərəfli Komissiya yaradılacaq

Gündəm

26 Noyabr 2021 | 22:16

Azərbaycan - Ermənistan sərhədi ilə bağlı ikitərəfli Komissiya yaradılacaq

"Moskva, Bakı və İrəvan Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası və sonradan demarkasiyası ilə bağlı ikitərəfli komissiyanın yaradılması istiqamətində hərəkətə keçməyə razılaşıblar, Rusiya Federasiyası isə tərəflərin xahişi ilə onlara köməklik göstərəcək".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin imzaladığı Bəyanatda deyilir.

"Biz Azərbaycan-Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin səviyyəsinin yüksəldilməsi üçün addımlar atmağa və tərəflərin xahişi əsasında Rusiya Federasiyasının məsləhətçi köməyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli Komissiyanın yaradılması istiqamətində iş aparmağa razılaşdıq", - sənəddə vurğulanıb.


SON XƏBƏRLƏR