• Bakı 21° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Azərbaycan hərbi dənizçiləri Türkiyədə təcrübə kursunu başa vurublar

CƏMİYYƏT

24 Oktyabr 2021 | 16:21

Azərbaycan hərbi dənizçiləri Türkiyədə təcrübə kursunu başa vurublar

Azərbaycan Hərbi Akademiyasının Hərbi Dənizçilik fakültəsini bitirən leytenantlar 27 sentyabr - 22 oktyabr 2021-ci il tarixlərində Türkiyədə keçirilən Hərbi Dəniz Qüvvələrinin freqatlarında hərbi dəniz təcrübə kursunu başa vurublar.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi tviterdə məlumat yayıb.

Qeyd edək ki, Türkiyədə kursda iştirak edən Azərbaycan hərbi dənizçilərinin buraxılış mərasimi oktyabrın 20-də keçirilib.

Amfibiya Missiyası Qrupu Komandanlığında keçirilən kurslar sentyabrın 20-dən oktyabrın 15-dək davam edib. Kursu bitirənlərə Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığı tərəfindən sertifikat verilib.


SON XƏBƏRLƏR

19 Aprel 2024