• Bakı 16° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Azərbaycan və İran prezidenti Zəngəzur dəhlizindən danışdı

SİYASƏT

28 Noyabr 2021 | 22:05

Azərbaycan və İran prezidenti Zəngəzur dəhlizindən danışdı

Xəbər verdiyimiz kimi, Aşqabadda Prezident İlham Əliyevin iranlı həmkarı Seyid İbrahim Rəisi ilə görüşü olub.

Bakıvaxtı.az-ın məlumatına görə, görüşdə ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğu qeyd edilib, mehriban qonşuluq və dostluq əlaqələrinin mövcudluğu bildirilib.

Söhbət zamanı Azərbaycan ilə İran arasında Şimal-Cənub nəqliyyat dəhlizi, həmçinin Zəngəzur nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Zəngəzur dəhlizinin reallaşması nəticəsində İranın da bundan faydalanacağı və bu nəqliyyat qovşağından istifadə edə biləcəyi imkanları vurğulanıb. 

Görüşdə Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbədən sonra regionda geosiyasi vəziyyətin dəyişdiyi bildirilib, bölgə ölkələrinin regional məsələlərin həllində iştirakının vacibliyi diqqətə çatdırılıb.

Eyni zamanda, ölkələrimiz, habelə Azərbaycan, Rusiya və İran arasında enerji qovşağının yaradılması məsələləri müzakirə edildi. Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, iqtisadi-ticari əlaqələr ətrafında geniş fikir mübadiləsi aparılıb.


SON XƏBƏRLƏR

26 Aprel 2024