• Bakı 11° C

    5.61 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Azərbaycanda COVID-19-dan ölən jurnalistlərin SAYI AÇIQLANDI

MEDİA

10 Yanvar 2022 | 14:16

Azərbaycanda COVID-19-dan ölən jurnalistlərin SAYI AÇIQLANDI

Azərbaycanda koronavirusa yoluxan jurnalistlərin sayı 400-ü kemib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan jurnalistlərinin 2021-ci il üzrə sosial durumları və media məkanı ilə bağlı baş vermiş hadisələrə dair yekun hesabatında bildirilir.

Hesabata görə, ötən il  jurnalistlər arasında yoluxanların sayı 288 nəfərə yaxın olub (2020-ci ildə  117 nəfər olmuşdu ): "Bununla da 2020 və 2021-ci illərdə yoluxanların ümumi sayı 405 nəfərə çatıb".

COVID-19-a yoluxma səbəbindən həyatını itirən  jurnalistlərin sayı isə 2021-ci ildə 8 nəfər olub (2020-ci ildə də 8 nəfər olub).

"Bununla da 2020 və 2021-ci illərdə koronavirusdan həyatını itirən jurnalistlərin ümumi sayı 16 nəfərə çatıb", - deyə hesabatda qeyd olunur.

Aytac Aslan

 


SON XƏBƏRLƏR

28 Mart 2024