• Bakı 12° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Azərbaycanda nağdsız ödənişlərin həcmi kəskin artıb

İQTİSADİYYAT

23 Iyul 2021 | 15:48

Azərbaycanda nağdsız ödənişlərin həcmi kəskin artıb

Bu ilin birinci yarısında Azərbaycanda debet və kredit kartları vasitəsilə 4,313 mlrd. manat həcmində nağdsız ödənişlər həyata keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 57% çoxdur.

Sözügedən nağdsız ödənişlərin 257 mln. manatı ATM-lər vasitəsilə, 1,764 mlrd. manatı POS-terminallar vasitəsilə, 2,292 mlrd. manatı isə elektron ticarət vasitəsilə həyata keçirilib.

Təkcə iyunda isə 824 mln. manatlıq nağdsız ödənişlər həyata keçirilib və bu may ilə müqayisədə 9,1% çoxdur. İyun ayında nağdsız ödənişlərin 51 mln. manatı ATM-lər vasitəsilə, 327 mln. manatı POS-terminallar vasitəsilə, 446 mln. manatı isə elektron ticarət vasitəsilə həyata keçirilib.

Qeyd edək ki, iyunda ATM-lər vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmində yeni rekord qeydə alınıb.


SON XƏBƏRLƏR