• Bakı 12° C

    9.08 m/s

  • USD - 1.7

    EUR - 1.8303

    RUB - 0.0186

Azərbaycanda son sutka ərzində 18 nəfər koronavirusdan ölüb

Gündəm

10 May 2021 | 16:40

Azərbaycanda son sutka ərzində 18 nəfər koronavirusdan ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 371 yeni yoluxma faktı qeydə alınıb, 892 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakıvaxtı.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 327 087 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 307 011 nəfər müalicə olunaraq sağalıb, 4 698 nəfər vəfat edib, aktiv xəstə sayı 15 378 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6946, ötən müddət ərzində isə ümumilikdə 3 337 931 test aparılıb.


SON XƏBƏRLƏR

07 May 2024