• Bakı 18° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Azərbaycanda təhsil alan xarici tələbələrin sayı açıqlandı

CƏMİYYƏT

18 Yanvar 2022 | 15:36

Azərbaycanda təhsil alan xarici tələbələrin sayı açıqlandı

Ölkənin ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları ilə yanaşı, 82 xarici ölkədən 6,4 min tələbə də təhsil alır.

Dövlət Statistika Komitəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, əcnəbi tələbələrin sırasında Türkiyə, İran, Rusiya, Gürcüstan, İraq, Pakistan İslam Respublikası, Hindistan və Çinin vətəndaşları üstünlük təşkil edirlər.

2021/2022-ci tədris ilinin əvvəlinə xarici ölkələrdə dövlət xətti ilə təhsil alan tələbələrin sayı 717 nəfər təşkil edib. Xaricdə təhsil alan gənclərin 29,0 faizi Bakı, 71,0 faizi isə Azərbaycanın müxtəlif regionlarında yerləşən məktəblərin məzunlarıdır. Tələbələrin əksəriyyəti Türkiyə, Rusiya, Macarıstan, Çin, Birləşmiş Krallıq və Latviyanın ali təhsil müəssisələrində təhsil alır.


SON XƏBƏRLƏR

26 Aprel 2024