• Bakı 18° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

Azərbaycanda yoxa çıxan xəstəliklər AÇIQLANDI

CƏMİYYƏT

18 Yanvar 2022 | 21:00

Azərbaycanda yoxa çıxan xəstəliklər AÇIQLANDI

Səhiyyə Nazirliyinin məlumatına əsasən, ötən ilin yanvar-noyabr aylarında 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkədə skarlatina ilə (73,6 faiz), su çiçəyi ilə (64,5 faiz), kəskin bağırsaq infeksiyaları ilə (13,9 faiz), viruslu hepatit ilə ( 9,8 faiz) xəstələnmə halları azalıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.

Qeyd olunub ki, kəskin poliomielit, epidemik parotit, tulyaremiya, anadangəlmə məxmərək sindromu, difteriya, yenidoğulmuşlarda tetanus, göyöskürək və malyariya xəstəlikləri isə ümumiyyətlə qeydə alınmayıb.( medicina.az)


SON XƏBƏRLƏR