• Bakı 19° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Bacısı qızını öldürən şəxs HƏBS EDİLDİ

HADİSƏ

11 May 2021 | 18:20

Bacısı qızını öldürən şəxs HƏBS EDİLDİ

Mayın 9-da saat 7 radələrində Bığır kəndində yaşayan bir nəfər şəxsin guya dəm qazından ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Bakıvaxtı.az-a Göyçay Rayon Prokurorluğundan bildirilib.

İstintaqla müəyyən edilmişdir ki, rayon sakini Vüqar Bədəlov qeyd edilən tarixdə saat 6 radələrində evinə qonaq gələn bacısı qızı Fatma Məmmədovanı yatan zaman qısqanclıq zəminində yastıqla boğaraq öldürmüşdür.

Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, Vüqar Bədəlov həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda istintaq aparılır.


SON XƏBƏRLƏR

26 Aprel 2024