• Bakı 21° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Bakı-Sumqayıt şossesində qəza - xəsarət alan var

HADİSƏ

22 Iyul 2021 | 23:28

Bakı-Sumqayıt şossesində qəza - xəsarət alan var

Abşeron rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Bakı-Sumqayıt yolunun Xırdalan şəhəri ərazisinə düşən hissəsində baş verib.

"Opel" markalı avtomobilin sürücüsü sükana nəzarəti itirib. İdarəetmədən çıxan avtomobil şosedən çıxaraq yolun kənarına aşıb. Nəticədə sürücü ağır bədən xəsarətləri alıb. Əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. Aşan avtomobilin salonuna baxış keçirilib. Məlum olub ki, ağır xəsarət alan sürücü hadisə şahidlərinin köməkliyi ilə salondan çıxarılaraq xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.(apa.az)


SON XƏBƏRLƏR

19 Aprel 2024