• Bakı 17° C

    5.68 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Bakıda yaşayış binasında yanğın

HADİSƏ

27 Noyabr 2021 | 18:44

Bakıda yaşayış binasında yanğın

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, A.Zeynallı küçəsində ikimərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Bu barədə Bakıvaxtı.az FHN-ə istinadən xəbər verir.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Əlavə məlumat veriləcək.


SON XƏBƏRLƏR

25 Aprel 2024