• Bakı 12° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Bakıda zəncirvari qəza: Yeddi avtomobil bir-birinə çırpıldı - FOTO

HADİSƏ

10 May 2021 | 23:26

Bakıda zəncirvari qəza: Yeddi avtomobil bir-birinə çırpıldı - FOTO

Bakının Nəsimi rayonunda zəncirvari yol qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, Füzuli küçəsində qeydə alınan qəzada yeddi avtomobilə ciddi ziyan dəyib.

İlkin məlumata görə, “Mercedes” markalı minik avtomobilinin sürücüsü yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi əvvəlcə “Lexus” və “Toyota” markalı avtomobillərə çırpılıb.

Zərbənin gücündən “Mercedes” daha sonra yol kənarında hərəkətsiz dayanmış iki “Hyundai” markalı, eyni zamanda “Ford” və “Mitsubishi” markalı minik avtomobillərinə çırpılıb.

Hadisə zamanı “Lexus”da olan bir nəfər xəsarət alıb.

Dərhal əraziyə polis və təcili tibbi yardım briqadasının əməkdaşları cəlb edilib.

Hadisənin başvermə səbəbləri araşdırılır.(apa)


SON XƏBƏRLƏR