• Bakı C

    4.51 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

“Baktelecom” ödəniş qaydalarında dəyişiklik edib - Açıqlama

İQTİSADİYYAT

11 May 2021 | 11:27

“Baktelecom” ödəniş qaydalarında dəyişiklik edib - Açıqlama

 

“Bakı Telefon Rabitəsi” MMC (“Baktelecom”) təqdim etdiyi xidmətlərə görə ödəniş qaydalarında dəyişiklik edib. 

Bakivaxti.az xəbər verir ki, artıq cari ilin 1 may tarixindən etibarən abunəçilər “Baktelekom”un təqdim etdiyi xidmətlərə görə borcunu hər ayın 5-dək ödəməlidir.

Əvvəllər abunəçilər ödənişləri ayın hansı günündə etmişdisə, növbəti ödənişi də növbəti ayın həmin günündə edirdi. Bu qayda abunəçilərin məmnunluğu üçün arzuolunan şərt idi. Bu şərtlə abonentlər itkiyə məruz qalmırdı. Yeni qayda ilə səfərdən və ezamiyyətdən gələn şəxs ayın 1-də ödəniş edirsə, həmin ödəniş ayın 5-də sıfırlanır və yenidən borc yazılır.

Bakivaxti.az məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə informasiya sorğusu göndərib.

Sorğuya “Baktelecom” tərəfindən cavab verilib. Cavabda bildirilib ki, tətbiq edilən “öncədən ödəmə” qaydası ilə abunəçilərin rabitə xidmətlərinə görə debitor borcunun yaranmasının qarşısını alınıb: “Belə ki, müxtəlif səbəblərdən ünvanı tərk edən və ya abunə haqqını vaxtında ödəyə bilməyən istifadəçilərin borclanması kimi çətinliklər aradan qaldırılıb və istifadəçilərin öncədən ödədiyi məbləğə uyğun xidmət almasına imkan yaradılıb.

Xidmətə yeni qoşulan abunəçinin seçdiyi internet tarifinə görə öncədən ödədiyi məbləğ qoşulduğu gündən etibarən hesablanır. İstifadə edilməyən günlər üçün artıq qalan məbləğ isə sonrakı ayın balansına yerləşdirilir. Abunəçi sonrakı ayın ödənişini balansında əks olunan qalığa uyğun olaraq özü tənzimləyir”.

Ramid İbrahimov

Bakivaxti.az


SON XƏBƏRLƏR

28 Mart 2024