• Bakı 16° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Baş Prokurorluq vətəndaşların suallarını cavablandırıb - Video

CƏMİYYƏT

23 Iyul 2021 | 11:42

Baş Prokurorluq vətəndaşların suallarını cavablandırıb - Video

Baş Prokurorluğun təqdim etdiyi növbəti videoçarxda vətəndaşları maraqlandıran məsələlərlə bağlı suallar cavablandırılıb.

Qurumdan Bakıvaxtı.az-a daxil olan məlumata görə, prokurorluq orqanları dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşyönümlü və onu məmnun edən tədbirləri daim diqqət mərkəzində saxlayır.

Vətəndaş məmnunluğunun və aşkarlığın təmin olunması məqsədilə vətəndaşları maraqlandıran məsələlərin prokurorluq əməkdaşları tərəfindən videoçarxlar vasitəsilə #prokurorluqdanizah həştəqi altında cavablandırılması işi davam etdirilir.

Təqdim olunan növbəti videoçarxda Baş Prokurorluğun Mətbuat xidmətinin prokuroru Aynur Əfəndiyeva “Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddi neçədir?”, “14 yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə bilərmi?” suallarını cavablandırıb.

Videoçarxı izləməklə həmin sualların cavablarını öyrənmək mümkündür.


SON XƏBƏRLƏR

26 Aprel 2024