• Bakı 21° C

    9.12 m/s

  • USD - 1.7

    EUR - 1.8131

    RUB - 0.0182

Bərdədə sənədsiz silahlar müsadirə olunub

CƏMİYYƏT

18 Yanvar 2022 | 14:02

Bərdədə sənədsiz silahlar müsadirə olunub

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakinlərindən müvafiq sənədləri olmayan müxtəlif markalı, birinin qundağı və lüləyi kəsilmiş, ümumilikdə, 3 ədəd tüfəng aşkar edilərək götürülüb.

Faktlarla bağlı Bərdə RPŞ-də araşdırmalar aparılır.


SON XƏBƏRLƏR

22 Aprel 2024