• Bakı 19° C

    7.54 m/s

  • USD - 1.7

    EUR - 1.8055

    RUB - 0.018

Berdimuhammedovdan Ərdoğana AĞ "MERCEDES" jesti - VİDEO

DÜNYA

28 Noyabr 2021 | 13:38

Berdimuhammedovdan Ərdoğana AĞ MERCEDES jesti - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistana səfər edib. 

Bakıvaxtı.az xəbər verir ki,  prezident Sarayı önündə ali qonağın qarşılanması mərasimi olub. Ərdoğanın hava limanından qarşılanma mərasiminə ağ rəngli xüsusi "Mercedes" avtomobilində gəlməsi diqqət çəkib. İlk dəfə rast gəlinən bu görüntü Türkmənistan Prezidentinin Türkiyə liderinə xüsusi jesti kimi qiymətləndirilib.  

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türkmənistanlı həmkarı Qurbanqulu Berdiməhəmmədovla keçirdiyi birgə mətbuat konfransında iki ölkə arasında ticarət dövriyyəsinin həcmini 5 milyard dollara yüksəltmək barədə razılığa gəldiklərini söyləyib.

Türkiyə ilə Türkmənistan arasında media, kənd təsərrüfatı, bank sistemi, səhiyyə, energetika sahələri üzrə müqavilələr imzalanıb.(demokrat.az)


SON XƏBƏRLƏR

17 Aprel 2024