• Bakı 21° C

    5.18 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

"Beşiktaş" öz meydanında darmadağın oldu

İDMAN

28 Noyabr 2021 | 00:24

Beşiktaş öz meydanında darmadağın oldu

Noyabrın 27-də futbol üzrə Türkiyə çempionatının XIV turu çərçivəsində keçirilən qarşılaşmada “Beşiktaş" doğma meydanda “Giresunspor”u qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, gərgin keçən görüşdə qonaq komanda İstanbul təmsilçisinin qapısından dörd cavabsız top keçirib.

Günün digər matçlarında isə "Alanyaspor" səfərdə "Antalyaspor"a 3:0 hesabı ilə məğlub olub. "Rizəspor" isə doğma meydanda "Kayserispor"u minimal hesabla məğlub edib - 1:0.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 33 xalla "Trabzonspor" başçılıq edir. Ondan yeddi xal geri qalan "Hatayspor" ikinci, sonuncu ilə eyni xala malik olan "Konyaspor" isə üçüncü pillələrdə qərarlaşıblar.


SON XƏBƏRLƏR

25 Aprel 2024