• Bakı 21° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Biləsuvar sakini 4 həmkəndlisini bıçaqladı

HADİSƏ

23 Oktyabr 2021 | 21:12

Biləsuvar sakini 4 həmkəndlisini bıçaqladı

Ötən axşam Biləsuvar rayonunun Amankənd kəndində yerləşən çayxanada həmkəndlilər arasında mübahisə yaranıb.

Bakıvaxtı.az xəbər verir ki, sonradan çayxanadan çıxıb evə getdikləri zaman Qoşqar Orucov bıçaqla 4 həmkəndlisinə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Nəticədə 1995-ci il təvəllüdlü Ərəstun Şahmarovun xəsarəti yüngül olsa da, digər 3 nəfər - 1989-cu il təvəllüdlü Sənan Yəhyayev, 1990-cı il təvəllüdlü İsa Abbasov, 1992-ci il təvəllüdlü Tural Yəhyalı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

18 Aprel 2024