• Bakı 16° C

    1.69 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

Bu neft ölkəsi rəsmən MƏHV OLUR

İQTİSADİYYAT

18 Yanvar 2022 | 14:33

Bu neft ölkəsi rəsmən MƏHV OLUR

Dünyanın ən böyük neft istehsalçılarından olan Küveyt qlobal istiləşmə və səlahiyyətlilərin emissiyaları azaltmaq istəməməsi səbəbindən yaşayış üçün yararsız hala düşür.

Bakıvaxtı.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Blumberq"də dərc olunan məqalədə bildirilib.

Məqalədə vurğulanıb ki, bir neçə həftə əvvəl ölkədə temperatur pik həddə qalxıb. Ötən ilin iyun ayında temperatur 50 dərəcə həddini keçib.

Dövlət Ətraf Mühitin Mühafizəsi Agentliyinin proqnozlarına görə, 2071-2100-cü illərdə ölkə üzrə orta temperaturun iqlim normasından 4,5 dərəcə yüksək olacağı gözlənilir ki, bu da ərazini yaşayış üçün yararsız edəcək.

Vəhşi təbiət artıq təhlükə altındadır: quşlar yayda su və kölgənəcək tapa bilmir və ölür, məməli heyvanlar isə istidən əziyyət çəkirlər. Bundan əlavə, vəhşi heyvanlar adi yaşayış yerlərində yaşıllıq tapa bilməyib şəhərlərə axın edirlər.


SON XƏBƏRLƏR

23 Aprel 2024