• Bakı 17° C

    8.83 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

Bu yolda hərəkət məhdudlaşdırılacaq

CƏMİYYƏT

11 May 2021 | 15:54

Bu yolda hərəkət məhdudlaşdırılacaq

Bu gün Ziya Bünyadov prospektindən Heydər Əliyev prospektinə düşən hissədə yol ötürücü üzərində təmir işləri aparılacaq.

Bakıvaxtı.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, sözügedən ərazidə işlər yekunlaşandan sonra Mikayıl Əliyev küçəsindən Heydər Əliyev prospektinə düşən hissədə də yol ötürücüsü üzərində təmir işlərinin aparılması planlaşdırılır.

Bu səbəbdən təmir işləri aparılan müddətdə yol ötürücüləri üzərində hərəkət məhdudlaşdırılacaq. Təmir işlərinin axşam saatlarınadək aparılıb yekunlaşdırılması nəzərdə tutular.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.


SON XƏBƏRLƏR

15 Aprel 2024