• Bakı 15° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Çavuşoğludan İsrail açıqlaması: Tədbir görməliyik!

DÜNYA

11 May 2021 | 23:58

Çavuşoğludan İsrail açıqlaması: Tədbir görməliyik!

Səudiyyə Ərəbistanı rəsmiləri ilə səmimi bir görüşümüz oldu. Dialoqu davam etdirməyə qərar verdik.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanında səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"İsrailin bu hücumları qarşısında səssiz qala bilməzdik. Lazımı təmasları başlatdıq. Fələstin xarici işlər nazirləri ilə daim əlaqədəyik. Güclü bir şəkildə qınaq kifayət etmir. Tədbirlər də görməyimiz lazımdır. Sadəcə səfirlər səviyyəsində deyil, siyasi səviyyədə də baxılması lazım olduğunu dedik. Fələstinlilərin hüquqlarını qorumalıyıq. Amma xüsusilə fələstinli mülki şəxslərin qorunması məsələsi də gündəmə gəldi. Bayramdan sonra İƏT-ə üzv ölkələrin xarici işlər nazirləri toplantısı keçiriləcək. Fələstinli qardaşlarımızın hüquqlarını qorumaq üçün çalışmalarımıza davam edəcəyik", - Çavuşoğlu bildirib.


SON XƏBƏRLƏR

19 Aprel 2024