• Bakı 15° C

    7.33 m/s

  • USD - 1.7

    EUR - 1.8043

    RUB - 0.0181

Cəlilabadda narkotik maddə satan şəxs saxlandı - FOTO

CƏMİYYƏT

11 May 2021 | 10:58

Cəlilabadda narkotik maddə satan şəxs saxlandı - FOTO

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbiri nəticəsində üç kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Cəmil Sərdarov saxlanılıb.

Keçirilən şəxsi axtarış zamanı onun üzərindən bir bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Bundan başqa keçirilən baxış zamanı C.Sərdarovun yaşadığı evin qarşısından kultivasiya yolu ilə yetişdirilmiş beş ədəd çətənə bitkisi və evin zirzəmisindən sellofan torbada üç kiloqram 150 qram çəkidə qurudulmuş marixuana aşkarlanaraq götürülüb. 

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

16 Aprel 2024