• Bakı 15° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

COVID xəstələrinə xəbərdarlıq SMS niyə göndərilmir? - AÇIQLAMA

Gündəm

18 Yanvar 2022 | 17:57

COVID xəstələrinə xəbərdarlıq SMS niyə göndərilmir? - AÇIQLAMA

Koronavirus (COVID-19) xəstəliyinə yoluxmuş şəxsə SMS vasitəsilə müvafiq məlumat və evdə məcburi özünü təcridin davam etdirilməsi barədə xəbərdarlıq göndərilməyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə jurnalist Vüsalə Məmmədova bildirib.

Jurnalistin sözlərinə görə, o e-təbib mobil tətbiqi vasitəsilə COVİD-19 xəstəsi olduğunu öyrənir.

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Bakıvaxtı.az-a bildirilib ki, vətəndaşa koronavirus xəstəsi olması barədə SMS texniki səbəbdən göndərilməyib.

 “Əgər vətəndaş COVİD-19 xəstəsi olub-olmamasını öyrənmək istəyirsə, e-təbib applikasiyanı telefonlarına yükləyə bilərlər”, -dey Agentlikdən bildirilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 may 2020-ci il tarixli 161 nömrəli qərarına əsasən, asimptomatik və yüngül simptomlu xəstələr evdə özünü təcrid şəraitində müşahidədə saxlanılır. Evdə müşahidə prosesini müvafiq sahə poliklinikaları həyata keçirir.  

Ramid İbrahimov  


SON XƏBƏRLƏR

25 Aprel 2024