• Bakı 19° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Daha 2 şadlıq sarayında karantin qaydaları pozuldu

CƏMİYYƏT

23 Iyul 2021 | 16:21

Daha 2 şadlıq sarayında karantin qaydaları pozuldu

Ağcabədi Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən 2 şadlıq sarayında və fərdi yaşayış evində keçirilən toy məclislərində pandemiya tələblərinin pozulduğu müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, yoxlamalar zamanı rayon ərazisində yerləşən “Yunis” şadlıq sarayında təşkil edilən toy mərasiminin “icazə.e-gov.az” protalında qeydiyyatdan keçmədiyi, “Şah” şadlıq sarayı və fərdi yaşayış evində keçirilən toy mərasimlərində isə qonaqların sayı normadan artıq olduğu aşkarlanıb.

Müəyyən edilən qayda pozuntuları ilə əlaqədar 6 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.


SON XƏBƏRLƏR

26 Aprel 2024