• Bakı 13° C

    3.51 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

DİN bloqerləri mükafatlandırdı - FOTOLAR

CƏMİYYƏT

27 Noyabr 2021 | 17:20

DİN bloqerləri mükafatlandırdı - FOTOLAR

Daxili İşlər Nazirliyi (DİN) anti-narkotik təbliğatının gücləndirilməsi məqsədilə bloqerlər arasında müsabiqənin nəticələrini elan edib.

DİN-dən Bakıvaxt.az-a verilən məlumata görə, 22 bloqer tərəfindən təqdim olunan materiallara münsiflər heyəti tərəfindən baxış keçirilib, onlardan yeddisi seçilərək oktyabrın 15-də müsabiqəyə yekun vurulub.

Noyabrın 27-də Daxili İşlər Nazirliyində müsabiqə qaliblərinin mükafatlandırılması tədbiri keçirilib. 

DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov çıxışında daxili işlər orqanlarının narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində apardıqları qətiyyətli mübarizə, eləcə də bu istiqamətdə aparılan maarifləndirmə tədbirləri barədə qısa məlumat verib. O, qlobal problem olaraq bütün bəşəriyyəti narahat edən narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlığın aradan qaldırılması üçün cəmiyyətin birgə səylərinin tələb olunduğunu, hər kəsin ümumi işə real köməkliyinin vacibliyini qeyd edərək, əhali arasında anti-narkotik təbliğatında göstərdikləri dəstəyə görə müsabiqə iştirakçılarına təşəkkürünü bildirib.  

Daha sonra qalib gələn iştirakçılara mükafatlar təqdim edilib. Belə ki, münsiflər heyətinin rəyinə, o cümlədən paylaşılan həmin materialların sosial şəbəkələrdəki baxış sayına və mövzunu tam əhatə etməsinə görə rep nominasiyası üzrə Elvin Nəsirovun hazırladığı material 1-ci, Rəsul Abbasovun hazırladığı material isə 2-ci yerə layiq görülüb. 

Video nominasiyası üzrə 1-ci yerə Hüseyn Baxışovun, 2-ci yerə Elvin İbrahimzadənin, 3-cü yerlərə isə Munis Əhmədovun, Rumiyə Ağayevanın və Şahid İsmayılovun hazırladıqları videomateriallar layiq görülüb.

İştirakçılar da öz növbələrində bloqerlərin bu istiqamətdə maarifləndirmə işlərinə cəlb olunmalarının gözəl təşəbbüs olduğunu diqqətə çatdıraraq ölkə və DİN rəhbərliyinə təşəkkür edib, bundan sonra da öz fəaliyyətlərində sağlam gəncliyin formalaşmasında əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər.


SON XƏBƏRLƏR

27 Mart 2024