• Bakı 21° C

    4.11 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Dövlət Miqrasiya Xidmətində yeni elektron xidmətlər yaradıldı

CƏMİYYƏT

18 Yanvar 2022 | 10:57

Dövlət Miqrasiya Xidmətində yeni elektron xidmətlər yaradıldı

"Dövlət Miqrasiya Xidmətində (DMX) 3 yeni elektron xidmət yaradılıb".

Bakıvaxtı.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin sədri Vüsal Hüseynov 2021-ci ilim yekunlarına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı bildirib.

"Pandemiyanın ən çox təsir etdiyi sahələrdən biri də miqrasiya xidməti oldu. Təbii ki, 2021-ci ildə yumuşalma tendensiyaları müşahidə etdik. Lakin buna baxmayaraq elektron xidmətlərimiz aktiv şəkildə fəaliyyətini davam etdirdi".

"Son yeniliklərdən biri 3 elektron xidmətin yaradılmasıdır. Elektron xidmətlərdən biri əcnəbi işçi qüvvələri ilə bağlıdır. Sahibkarlar əcnəbi işçi qüvvəsi cəlb etmək istəyirsə yeni elektron xidmətimizdən yararlana bilər. Bunun üçün Asan imzadan istifadə etmək lazımdır" - deyə, sədr bildirib.

Nuranə Daxilqızı


SON XƏBƏRLƏR

25 Aprel 2024