• Bakı 19° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Əkrəm İmamoğlu türk dövlətlərinin diplomatları ilə görüşdü

SİYASƏT

23 Oktyabr 2021 | 20:28

Əkrəm İmamoğlu türk dövlətlərinin diplomatları ilə görüşdü

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu bu gün müstəqilliklərinin 30-cu ili münasibətilə türk dövlətlərinin konsulları ilə görüşüb.

Bakıvaxtı.az  “Haber Qlobal”a istinadən xəbər verir ki, görüşdə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstanın konsulları iştirak edib.

İmamoğlu görüşdə çıxışı zamanı “Orxon-Yenisey” abidələrində yazılan “Üstdə Göy yıxılmazsa, altda Yеr dəlinməzsə, türkün dövlətini, törəsini hеç kim poza bilməz” cümləsini deməsi ilə diqqət çəkib.


SON XƏBƏRLƏR

24 Aprel 2024