Yaxın günlərdə benzinin qiymətinin qalxması ilə bağlı şərh verən iqtisadçı-ekspert Natiq Cəfərliyə SOCAR-dan rəsmi açıqlama gəldi. Belə ki, Natiq Cəfərli “Aİ-95 və Aİ-98 markalı benzinin qiymətini SOCAR qaldırır, çünki inhisarçıdır, bazara kimsəni buraxmır, qiyməti diqtə edir" demişdi.
Ətraflı linkdə: https://www.bakivaxti.az/az/posts/detail/socar-yalan-danisir-fakt-1631733349
SOCAR-ın mətbuat xidməti Bakıvaxtı.az-a ekspertin iddialarına qarşı rəsmi açıqlama verib:
"Bir çox ölkələrdə daxildə istehsal edilən yanacağın qiymətləri onun ixrac qiymətlərindən və ya dünya bazarlarında olan qiymətlərdən aşağı olur. Azərbaycanda da ölkə daxilində istehsal edilən dizel və ya Ai-92 yanacağının qiyməti bu yanacaq növlərinin dünya bazarlarında olan ixrac qiymətlərindən aşağıdır. Rusiyada həmçinin ölkə daxilində yanacağın qiyməti onun ixrac qiymətindən fərqli ola bilər. Lakin son dövrdə Azərbaycana lazım olan Premium benzini Rusiyadan xaricə satış üçün təklif olunmur. Buna görə də hazırda Azərbaycana gətirilən Premium benzini də Rusiya mənşəli deyil. Xaricdən gətirilən yanacağın qiyməti Platts indekslərinə əsasən formalaşırsa, adətən satıcılar, bazarda olan tələbatdan asılı olaraq, bu göstəricinin üzərinə müəyyən premiyaları da əlavə edirlər. Nəhayət, idxal edilən yanacağın maya dəyərinə onun daşınma xərcləri, aksiz vergisi kimi idxala aid olan ödənişlər də daxildir."
Aytac Aslan
















