• Bakı 13° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Əməkdar jurnalist VƏFAT ETDİ

MEDİA

27 Dekabr 2021 | 13:55

Əməkdar jurnalist VƏFAT ETDİ

Azərbaycan Respublikasının Əməkdar jurnalisti, tanınmış yazıçı-publisist Əhməd İsayev vəfat edib.

Bu barədə Bakıvaxtı.az-a Mətbuat Şurasından bildirilib.

Xəbərə görə, Əhməd İsayev dekabrın 26-da dünyasını dəyişib.

Qeyd edək ki, Ə.İsayev 30 avqust 1940-cı ildə*Zaqatala rayonunun*Suvagil*kəndində anadan olub. Orta məktəbi bitirəndən sonra əmək fəaliyyətinə başlayıb, kənd klubunda müdir işləyib. 1959–1965-ci illərdə Azərbaycan Dövlət Universitetində ali təhsil alıb. 1963-cü ildən*“Kommunist” (indiki Xalq qəzeti”) qəzeti*redaksiyasında işə başlayıb, ədəbi işçi, şöbə müdiri vəzifələrində çalışıb. 1970–1990-cı illərdə bu qəzetin Gəncə–Qazax bölgəsi üzrə xüsusi müxbiri işləyib. 1990–1991-ci illərdə*“Respublika” qəzetinin*təşkilatçısı və ilk baş redaktoru olub. Sonrakı illərdə “Həyat” və “Səhər” qəzetlərində fəaliyyət göstərib. 1995-ci ildən son dövrədək “Azərbaycan” qəzetini Gəncəbasarda bölgə müxbiri kimi təmsil edib.

Əhməd İsayev dəfələrlə yaradıcılıq müsabiqələrinin qalibi olub. 1986-cı ildə keşmiş SSRİ-nin Jurnalistlər İttifaqı*onu “İlin ən yaxşı jurnalisti” elan edib. Moskvada çıxan “Jurnalist” jurnalının 3 dəfə xüsusi diplomunu alıb. Nufuzlu “Qızıl qələm”, “Həsən bəy Zərdabi”, Ustad jurnalist”, “Araz” mükafatlarına layiq görülüb. Tanınmış tədqiqatçı jurnalistə Azərbaycan Kənd Təsərrüftı Akademiyasının fəxri doktoru adı verilib.

Ölkənin media həyatında daim fəal iştirak etmiş Əhməd İsayev rəsmi nümayəndə heyəti və jurnalist qrupları ilə Türkiyədə, Yunanıstanda, Fransada, Bolqarıstanda, İngiltərədə səfərlərdə olmuşdu. İtaliyada “Unita” qəzetinin festivalında və Misirdə beynəlxalq media təlimində Azərbaycanı təmsil etmişdi. Nüfuzlu ziyalı Əhməd İsayev uzun illərdən bəri “Gəncə və gəncəlilər” Xeyriyyə Cəmiyyətinə rəhbərlik edib.

Respublikamızda “Əməkdar jurnalist” adına layiq görülmüş ilk qələm sahiblərindən biri Əhməd İsayev idi. O, “Rəşadətli əməyə görə” və “Tərəqqi” medalı ilə də təltif edilib. 2006-cı ildən Prezidentin fərdi təqaüdçüsi idi.

Allah rəhmət eləsin.

Aytac Aslan


SON XƏBƏRLƏR

28 Mart 2024