• Bakı 15° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Ermənistana və onun havadarlarına xəbərdarlıq-Politoloqdan şərh 

Gündəm

27 Sentyabr 2021 | 15:16

Ermənistana və onun havadarlarına xəbərdarlıq-Politoloqdan şərh 

Vətən müharibəsinin ildönümü münasibətilə Prezident İlham Əliyevin xalqa müraciətinin gündəliyində Ermənistana havadar olmaq istəyənlərə növbəti xəbərdarlıqlar dayanırdı.

Diqqət çəkən məqamlar:

-Prezident İlham Əliyev Qarabağda hansısa status məsələsindən söz açanlara, ATƏT-in Minsk Qrupunun postmüharibə dövründəki “ölünü” diriltmək cəhdlərinə cavab verdi,

-İlham Əliyev Azərbaycan-Ermənistan münasibətlərində gündəliyi Bakının formalaşdırdığını bəyan etdi.

“Vətən müharibəsinin ildönümü münasibətilə Prezident İlham Əliyevin xalqa müraciətində “ölünü” diriltmək cəhdlərinə cavab verdi. Çünki Qarabağda hansısa status məsələsini qaldıran beynəlxalq qüvvələr var”.  

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Anar Əliyev bildirib.

Politoloq qeyd edib ki, bəzi beynəlxalq güclər Ermənistanı regionda sülhə qarşı addım atmağa təhrik edirlər: “Azərbaycan dövlətinin irəli sürdüyü və bu gün hazırda masada olan böyük sülh sazişi təklifinə Ermənistan dövləti və cəmiyyəti məhz həmin təhrikedici çağırışların nəticəsi olaraq hələ ki reaksiya vermir.

Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qarşı atılan istənilən addımlara dövlətimiz tərəddüd etmədən beynəlxalq hüquqla tanınmış özünü müdafiə hüququndan istifadə etməklə qətiyyətli zərbəsini endirəcək. Azərbaycan bundan sonra da erməni faşizminin istənilən yolla başını qaldırmasına imkan verməyəcək.

Nə Ermənistan, nə də ki onun havadarları regionumuza açıq müdaxilə edib, gündəlik formalaşdıra bilməz, prosesləri idarə edə bilməz”.

Politoloq bildirib ki, beynəlxalq hüququn prinsiplərinə və 2020-ci ildə Azərbaycanın yaratdığı reallıqlara, demokratik dəyərlərə, Azərbaycan xalqının və region xalqlarının maraqlarına zidd olaraq hələ də bəzi beynəlxalq qüvvələr Azərbaycanın Qarabağ bölgəsində yeni reallıqlar formalaşdırmaq və bu proseslərin üzərindən Cənubi Qafqaza daxil olub öz mənafelərini təmin etməyə çalışırlar: “Bu qüvvələri içərsində xüsusən ATƏT-in Minsk qrupunun həmsdəri olan Fransa və Amerikanı qeyd etmək istəyirəm. Ermənistanın 10 noyabr 2020-ci il kaptulyasiyanı imzalamaqla Fransa və ABŞ proseslərdən kənarda qalmış oldu”.

Ramid İbrahimov


SON XƏBƏRLƏR