• Bakı 10° C

    2.38 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

Gürcüstanda azərbaycanlı ailənin 4 üzvü yol qəzasında öldü

DÜNYA

28 Noyabr 2021 | 20:49

Gürcüstanda azərbaycanlı ailənin 4 üzvü yol qəzasında öldü

Gürcüstanın Dmanisi rayonu yaxınlığında ağır yol qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə zamanı minik avtomobili və yük maşını toqquşub.

Nəticədə minik maşınında olan 4 nəfər hadisə yerində ölüb. Həmin şəxslər kişi, onun oğlu, gəlini və nəvəsi olmaqla bir ailənin üzvləridir.

Azərbaycanlı ailə Dmanisinin Səfərli kəndində yaşayıb.

Qəzanın səbəbinin araşdırılması istiqamətində istintaq aparılır. (report)


SON XƏBƏRLƏR