• Bakı 16° C

    6.23 m/s

  • USD - 1.7

    EUR - 1.8055

    RUB - 0.018

Havaların soyuması uşaqlara necə təsir edəcək? – AÇIQLAMA  

CƏMİYYƏT

18 Yanvar 2022 | 11:28

Havaların soyuması uşaqlara necə təsir edəcək? – AÇIQLAMA  

Son günlər havaların kəskin soyuduğu, qar və sulu qar yağdığı müşahidə olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumata görə, qeyri-sabit hava şəraiti bir müddət davam edəcək.

Belə havalarda uşaqlar havaya çıxarılmalıdır?

Pediatr Günay Rəsulova Bakıvaxtı.az-a bildirib ki, havalar soyuyan kimi valideynlər uşaqlara soyuq olacağını düşünüb havaya çıxarmırlar: “Bu, tamamilə cəfəngiyyatdır. Əksinə, uşağı bütün növ hava şəraitlərinə uyğunlaşdırmaq lazımdır. Əgər siz soyuqdan qorxub uşağı havaya çıxarmasanız, çimizdirməsəniz, immun sistemini daha da aşağı salacaqsınız. Beləliklə, uşaq orqanizminin dəyişkən hava şəraitinə, fəsillərə adaptasiya xüsusiyyəti zəif olacaq və bu gələcəkdə də davamlı olmadığına görə daha tez-tez xəstələnəcək. Ona görə ta körpə vaxtından etibarən uşağı mütləq təmiz havaya çıxarmalısınız”.

Həkimin sözlərinə görə, oyun çağında olan uşaqların da təmiz havada olmasına maksimum çalışmalısınız: “Təmiz hava orqanizm üçün çox vacib immun vasitədir. Təmiz hava, bol oksigen uşağın xəstələnməsinin qarşısını alacaq. Ən soyuq havada belə uşağı normal geyindirməklə havaya çıxarsanız, əmin olun ki, uşaq xəstələnməyəcək. Uşaq yalnız xəstə şəxslə təmas edərsə xəstələnəcək.”

G.Rəsulova vurğulayıb ki, uşaq dünyaya gəldikdən bir ay sonra yavaş-yavaş günlük havada olma saatlarını artırmaqlaq mütləq təmiz havaya çıxarmalısınız: “Uşağı yalnız kollektiv içərisinə, qapalı məkanlara, çox adam olan yerlərə, xəstə şəxslərin olma ehtimalı yüksək olan toplantılara götürməməlisiniz”.

Aytac Aslan


SON XƏBƏRLƏR

17 Aprel 2024