• Bakı 18° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Hazard Premyer Liqada oynamaq istəmədi

İDMAN

18 Yanvar 2022 | 20:45

Hazard Premyer Liqada oynamaq istəmədi

“Real”ın futbolçusu Eden Hazard İngiltərə Premyer Liqasında oynamaqdan imtina edib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb. “Nyukasl” 31 yaşlı yarımmüdafiəçi üçün Madrid təmsilçisinə bonuslar daxil olmaqla 50 milyon avro təklif edib. Lakin Hazard “Nyukasl”a keçmək istəməyib. 

Xəbərdə o da bildirilib ki, Hazard yalnız “Çelsi” kimi böyük bir kluba transfer olunacağı halda “Real”dan ayrılmağa hazırdır. 

Qeyd edək ki, Hazardın Madrid təmsilçisi ilə sözləşməsi isə 2024-cü ilin yayına qədərdir. (qol.az)


SON XƏBƏRLƏR

18 Aprel 2024