• Bakı 16° C

    3.51 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

"Hazırda Qazaxıstandayam və ölkəni tərk etmək niyyətində deyiləm" - Nazarbayev

DÜNYA

18 Yanvar 2022 | 15:21

Hazırda Qazaxıstandayam və ölkəni tərk etmək niyyətində deyiləm - Nazarbayev

"Hazırda Qazaxıstandayam və ölkəni tərk etmək niyyətində deyiləm".

Bakıvaxtı.az xəbər verir ki, bunu Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayev xalqa videomüraciətində deyib.

Uzun fasilədən sonra ilk dəfə görünən eks-prezident xalqı Prezident Kasım-Jomart Tokayevin təklif etdiyi islahatlar proqramını dəstəkləməyə çağırıb.

“2019-cu ildə mən prezident səlahiyyətlərini Kasım-Jomart Tokayevə təhvil verdim, o vaxtdan təqaüdçüyəm. Hazırda Qazaxıstanın paytaxtında istirahət edirəm və heç bir yerə getməmişəm. Prezident Kasım-Jomart Tokayev tam səlahiyyətə malikdir. O, Təhlükəsizlik Şurasının sədridir".

Nazarbayev onu da deyib ki, Tokayev tezliklə Nur Otan Partiyasının sədri seçiləcək: "Ona görə də elitada heç bir münaqişə, qarşıdurma yoxdur. Bu mövzuda şayiələr tamamilə əsassızdır”.

Ramid İbrahimov


SON XƏBƏRLƏR

18 Aprel 2024