• Bakı 15° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Həbsdə olan atasına dovğanın içində narkotik gətirən şəxs saxlanılıb

CƏMİYYƏT

27 Noyabr 2021 | 22:27

Həbsdə olan atasına dovğanın içində narkotik gətirən şəxs saxlanılıb

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən Bakıvaxtı.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.3 və 99.1.3-cü maddələri ilə təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Zəbişah Kamal oğlu Şahverdiyevə oğlu Abşeron rayon sakini Azər Zəbişah oğlu Şahverdiyev tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan plastmas qabdakı dovğanın içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 6,096 qram olan narkotik maddə - həşiş qətranı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

25 Aprel 2024