• Bakı 20° C

    5.21 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

Həkimlər və xəstələr etiraz aksiyası keçirib - FOTOLAR

Gündəm

17 Yanvar 2022 | 17:23

Həkimlər və xəstələr etiraz aksiyası keçirib - FOTOLAR

“Azərsu-tikinti” xəstəxanasında etiraz aksiyası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, aksiyada həkimlərlə yanaşı xəstələr də iştirak ediblər.

Aksiyaçılar xəstəxananın fəaliyyətinin dayandırılmasına etiraz ediblər.

"Nizami Tibb Mərkəzi" PHŞ-dan bildirlib ki, hemodializ şöbəsi yerində saxlanılmaqla, 9 stasionar cərrahi əməliyyatla məşğul olan həkim-mütəxəssis, o cümlədən 4 cərrah, 3 həkim-ginekoloq, 2 lor həkimi fəaliyyətini Sabunçu Tibb Mərkəzində davam etdirməsi nəzərdə tutulub . Digər tibbi heyət, o cümlədən nevroloji, terapiya, qəbul, reanimasiya, laboratoriya şöbələri Nizami Tibb Mərkəzinin yeni binasına köçürüləcək və fəaliyyətlərini orada davam etdirəcəklər. Qeyd edək ki, sözügedən məsələlər ştat cədvəlinin tərtibatı zamanı nəzərə alınıb.

Ramid İbrahimov  


SON XƏBƏRLƏR