• Bakı 12° C

    6.51 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Hindistanda koronavirus dəhşətinin səbəbi məlum oldu - VİDEO

DÜNYA

11 May 2021 | 17:30

Hindistanda koronavirus dəhşətinin səbəbi məlum oldu - VİDEO

Hindistanda mart və aprel ayında milyonlarla yerli dindar həftələrlə davam edən “Kumb Mela” festivalında iştirak edib.

Bakıvaxtı.az məlumat verir ki, hindlilərin 12 ildə bir dəfə keçirilən ən müqəddəs bayramları ölkədə koronavirusun ikinci dalğasına təsadüf edib.

Qanq sularında yuyunaraq günahlarından qurtulacaqlarını hesab edən insanlar əslində Hindistanda koronavirusa yoluxma və ölümün artmasına yol açıblar.

Festivalın ən önəmli günü olan 12 apreldə 3 milyona qədər insan maskasız və sosial məsafə gözləmədən Qanq çayına girib.

Eyni zamanda, mütəxəssislər hesab edirlər ki, festival zamanı ictimai nəqliyyatdan kütləvi istifadə də virusun yayılması sürətlənib.


SON XƏBƏRLƏR

28 Mart 2024