• Bakı 12° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

İbrahimoviç karyerasında ilk dəfə olaraq bunu etdi

İDMAN

24 Oktyabr 2021 | 14:31

İbrahimoviç karyerasında ilk dəfə olaraq bunu etdi

"Milan"ın futbolçusu Zlatan İbrahimoviç karyerasında ilk dəfə avtoqola imza atıb.

Bakıvaxtı.az "MisterChip"ə istinadən xəbər verir ki, bu, A seriyasının 9-cu turunda "Bolonoya" ilə matçda (4:2) baş verib. 40 yaşlı hücumçu  49-cu dəqiqədə öz qapısına qol vurub.

Karyerasında 957 rəsmi oyun keçirən və 565 qola imza atan isveçli oyunçunun bu,  peşəkar karyerasında ilk avtoqoludur.

Qeyd edək ki, dünənki oyunda da Zlatan rəqib qapısına da qol vurub və qol ötürməsi verib. İbrahimoviç 40 yaşını tamamladıqdan sonra A Seriyasında qol vuran dördüncü oyunçu olub.


SON XƏBƏRLƏR