• Bakı 19° C

    7 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

İlham Əliyev Lukaşenko ilə telefonla danışdı

SİYASƏT

27 Noyabr 2021 | 16:48

İlham Əliyev Lukaşenko ilə telefonla danışdı

Noyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko arasında telefon söhbəti olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Dövlət başçıları Azərbaycan-Belarus münasibətlərinin uğurlu inkişafını məmnuniyyətlə qeyd edib, siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin daha da möhkəmləndirilməsi məsələlərinə dair fikir mübadiləsi aparıblar.

Telefon söhbəti zamanı, həmçinin gələcək təmaslar müzakirə edilib.


SON XƏBƏRLƏR

24 Aprel 2024