• Bakı 17° C

    5.07 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

İranda ötən sutka 87 nəfər koronavirusdan öldü

DÜNYA

27 Noyabr 2021 | 14:56

İranda ötən sutka 87 nəfər koronavirusdan öldü

İranda ötən sutka ərzində koronavirusa (COVID-19) 3 045 nəfər yoluxub, 87 nəfər ölüb.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusa yoluxanların sayı 6 105 101 nəfərə, ölənlərin sayı isə 129 549 nəfərə çatıb. Virus daşıyıcılarından 3 356 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 5 853 066 nəfər koronavirusdan sağalıb, 38,4 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 105 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 57,3 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 46,3 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 948 min təşkil edir.


SON XƏBƏRLƏR

18 Aprel 2024