• Bakı 12° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

İrlandiyada elektrik avtomobilləri üçün enerji pulsuz olacaq

DÜNYA

27 Noyabr 2021 | 19:10

İrlandiyada elektrik avtomobilləri üçün enerji pulsuz olacaq

İrlandiyada işıq dirəklərində elektrik avtomobilləri üçün enerji doldurma məntəqələri yaradılıb. Bu xidmət pulsuz olacaq.

Layihəni həyata keçirmək üçün hakimiyyət orqanları hətta qanunvericiliyə də dəyişiklik edib. Məsələ burasındadır ki, əvvəllər işıq dirəklərindən başqa məqsədlər üçün istifadə etmək qadağan idi.

Bundan başqa İrlandiyada 2030-cu ildə dizel və benzinlə işləyən avtomobillərin satışı tamamilə dayandırılacaq.

Hökumətin proqnozlarına görə, İrlandiyalı avtomobil həvəskarlarının əksəriyyəti yaxın illərdə ekoloji rejimə keçmək niyyətindədir. İlkin hesablamalara görə, təkcə 2021-ci ildə elektriklə işləyən avtomobillərin satışı 2,5 dəfə artıb.


SON XƏBƏRLƏR

27 Mart 2024