• Bakı 17° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

İŞİD Əfqanıstanda törədilmiş partlayışa görə məsuliyyəti üzərinə götürüb

DÜNYA

23 Oktyabr 2021 | 16:57

İŞİD Əfqanıstanda törədilmiş partlayışa görə məsuliyyəti üzərinə götürüb

Elektrik stansiyasında törədilmiş və Kabil şəhərinin işıqsız qalmasına səbəb olmuş partlayışa görə məsuliyyəti "İslam dövləti" (İŞİD) terror qruplaşması öz üzərinə götürüb.

Bakıvaxtı.az "Report"a istinadən xəbər verir ki, daha əvvəl Əfqanıstan Dövlət Enerji Korporasiyası (DABS) partlayış nəticəsində Kabil şəhərinin və ölkənin bir sıra digər əyalətlərinin işıqsız qaldığını açıqlamışdı.

Qruplaşma bəyan edib ki, ölkənin elektrik enerji sektoruna zərbə endirmək üçün terrorçular elektrik xətləri dayaqlarını partladıblar.


SON XƏBƏRLƏR

25 Aprel 2024